Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın futbolçusu Belçika klubuna keçir
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, “Anderlext” 23 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Klubun idman direktoru Yesper Fredberq "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa skaut göndərəcək.
Cəfərquliyevi yaxından görmək baxımından bu matçın Brüssel təmsilçisi üçün ideal fürsət olduğu vurğulanıb.
Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Belçika klubuna keçir
“Qarabağ” Bakıya qayıtdı
"Qarabağ" "Gent"ə qarşı - Konfrans Liqası
Pley-off mərhələsinə yekun vurulacaq - Konfrans Liqası
“Gent”in daha 2 oyunçusu “Qarabağ”la oyunu buraxacaq - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası