Mahir Emreli "Konyaspor"da -RƏSMİ
Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emrelinin "Konyaspor"a keçidi rəsmiləşib.
Sportfm.az xəbər verir ki, bu haqda Türkiyə klubu rəsmi saytında yaydığı açıqlama bildirib. Azərbaycan millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında Superliqa təmsilçisində çıxış edəcək. M.Emreli ilə yanaşı klub heyətinə 26 yaşlı kolumbiyalı yarımmüdafiəçi Marles Morenonu da cəlb edib.
Klub bildirib ki, Türkiyədəki ötən həftə baş verən güclü zəlzələ ilə əlaqədar Konya Böyük Şəhər Stadionunda imzalanma mərasimi təşkil edilməcəyəcək.
Qeyd edək ki, M.Emreli bu mövsüm "Dinamo"da 13 rəsmi oyun keçirib, 3 qol vurub.
Xatırladaq ki, M.Emreli 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.
Oxşar xəbərlər
Emreli mövsümün ən zəifi oldu
Emreli “Konyaspor”da debüt etdi
Çaçiç Mahirin “Konyaspor”a keçməsindən danışdı - AÇIQLAMA
Emreli Türkiyə klubuna keçəcəkmi?
Mahir Emreli Zaqreb "Dinamo"sunda - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası