reklam
Emreli
Sportfm.az xəbər saytı

Emreli "Fənərbaxça" ilə oyunda iştirak etməyəcək -Türkiyə Super liqası


"Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXIII turundan təxirə salınmış "Fənərbaxça" ilə oyunda iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun transferinin fevralın 6-dan sonra gerçəkləşməsidir.

Emreli ilə yanaşı Metehan Mert, Alexandro Posuelo, və Marlos Moreno da bu görüşü buraxacaq.

"Fənərbaxça" - "Konyaspor" qarşılaşması fevralın 25-də keçiriləcək. Fevralın 6-da oynanılması planlaşdırılan matç zəlzələyə görə təxirə salınmışdı.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Oxşar xəbərlər

Emreli mövsümün ən zəifi oldu
Emreli “Konyaspor”da debüt etdi
"Konyaspor" Emrelini TFF-yə sifariş etdi - Türkiyə Super Liqası
Mahir "Konyaspor"da ilk məşqinə çıxdı
Emreli Türkiyə klubuna keçəcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər