Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin yubiley qələbəsi -250
“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, Premyer Liqada 2020/2021 mövsümünün I turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib. 1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb.
Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
"Qarabağ"dan yubiley qələbəsi - Azərbaycan çempionatlarında
"Neftçi"dən yubiley qolu
"Neftçi"nin yubiley qələbəsi
"Səbail"dən 10-cu ev qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası