Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlandı -DÇ-2024
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə edəcəklər.
Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaqlar. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.
Qeyd edək ki, martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan - Rumıniya oyununun hakimləri bilindi - DÇ-2024
Polşa – Azərbaycan oyununun hakimləri - DÇ-2024
Azərbaycan-Moldova matçının hakimləri - Avropa çempionatı
Azərbaycan - Kosovo matçında norveçli hakimlər
"Qəbələ"nin oyununu kim idarə edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası