reklam
Azərbaycan - Kosovo matçında norveçli hakimlər
Sportfm.az xəbər saytı

Azərbaycan - Kosovo matçında norveçli hakimlər


Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, sentyabrın 7-də Bakıda baş tutacaq bu görüş Norveçdən olan hakimlərə tapşırılıb. 

Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona yan xətt hakimləri Tom Harald Qroneviklə Qeyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Oysteyn Simon Yatterland yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Espen Andreas Eskas və Tom Harald Haqen olacaq. 

Hakimlərin işinə Portuqaliyadan olan Lusilio Kardozo Kortes Batista qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Martin Sturkenbom olacaq. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər

Barbaş millimizin matçında - Təyinat
İsveçrə - Türkiyə oyunu Sloveniyalı hakimlərə tapşırıldı - AVRO-2020
Azərbaycan Kosovo ilə xalları yarı böldü
"Qarabağ"ın oyununda Ola olacaq
Dias "Qarabağ"ın qarşılaşmasında olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər