Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
Boks üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən Qızıl kəmər seriyasını 5 medalla başa vurub.
Sportfm.az xəbər verir ki, 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirində yığma 2 qızıl, 1 gümüş, 2 bürünc qazanıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan Rüstəmov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.
Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.
86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Amma görüşdə Şarabutdin Atayev qalib gəldiyindən, dünya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan millisinin heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər.
Yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700, üçüncüsü isə 500 reytinq xalı əlavə edib.
Oxşar xəbərlər
Yığmamız Qızıl kəmər seriyasında ikinci oldu - UĞUR
Millimizin boksçuları finalda - Qızıl kəmər seriyası
İki boksçumuz Mərakeşdə qələbə qazandı - Beynəlxalq turnir
Yığmamız birinci yeri tutdu - Beynəlxalq turnir
Azərbaycan boksçuları 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası













Misli Premyer Liqası