reklam
TOP-5 liqalarından Türkiyəyə ehtiram
Sportfm.az xəbər saytı

TOP-5 liqalarından Türkiyəyə ehtiram


Avropanın "TOP-5" liqalarının bu həftəsonu keçiriləcək matçlarında Türkiyədə baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsi yad olunacaq. 

Sportfm.az xəbər verir ki, buraya İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Fransa Liqa 1-i və Almaniya Bundesliqası daxildir. İngiltərə Premyer Liqasının oyunlarında komandalar meydana qollarına qara sarğı taxaraq çıxacaqlar.

 

Digər çempionatların oyunları isə 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 21 min nəfərdən çox insan ölüb, 81 min  nəfərdən çox şəxs isə yaralanıb.

Oxşar xəbərlər

Türkiyə və Suriya ilə bağlı qərar - UEFA
Daha 3 futbolçu zəlzəldə həyatını itirdi
Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
Liqaların oyunlarında 1 dəqiqəlik sükut - AFFA
Türkiyədə matçlar bir dəqiqəlik sükutla başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər