reklam
Corcina cərimələnəcək -
Sportfm.az xəbər saytı

Corcina cərimələnəcək -Geyiminə görə


Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesi Səudiyyə Ərəbistanının qanununlarını pozduğu üçün cərimə gözləyir.

Sportfm.az xəbər verir ki, bu haqda İspaniyanın “Marca” qəzeti məlumat yayıb. Bildirilib ki, “Əl-Nasra” klubunun hücumçusunun sevgilisi Səudiyyə Ərəbistanında olarkən geyindiyi açıq libasla ədəb qanununu pozub. O, dekolteli və ayaqları görünən uzun yarıqlı paltarla ictimaiyyət arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur. Qanuna riayət edilmədiyi təqdirdə ilk dəfə cərimə olaraq 25 avro ödəmək tələb olunur.

Onu da qeyd edək ki, Corcina sözügedən libasda Səudiyyə Ərəbistanında keçirilən mükafatlandırma mərasiminə qatılıb.

Oxşar xəbərlər

Şahzadə indi də bu kluba göz dikdi
Corcina ərəblərin gözünü qamaşdırdı - FOTOLAR
Ronaldo "Əl-Nəsr"də debüt edəcək - Bu gün
Ronaldonun sevgilisi bu dəfə ağ rəngli alt paltarında - FOTO
Səudiyyə Ərəbistanında bir ilk - Qadın futbol liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər