"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi ziyana düşdü -1 500 avro
Belçika Futbol Assosiasiyası "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"i cərimələyib.
Sportfm.az xəbər verir ki, buna komandanın azarkeşlərinin evdə "Brügge"yə qarşı çempionat oyunundakı (2:0) davranışları səbəb olub.
Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1 500 avro ziyana düşüb.
Bundan başqa, "Gent"ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi "Gelamko Arena"nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.
Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibi Türkiyəyə belə dəstək oldu - FOTO
"Gent"i cərimələdilər
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü - Belçika çempionatı
“Gent”i Kornelis kubokunda
"Marsel" cərimələndi - Azarkeşlərə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası