
19-cu tur Gəncədə başlayır - Premyer Liqa
Azərbaycan Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.
Sportfm.az xəbər verir ki, bu gün XIX tura start veriləcək.
Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.
Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.

№ | Komanda | o | x |
1 | Qarabağ | 20 | 56 |
2 | Sabah | 20 | 49 |
3 | Neftçi | 20 | 41 |
4 | Zirə | 20 | 31 |
5 | Qəbələ | 20 | 26 |
6 | Turan | 20 | 17 |
7 | Şamaxı | 20 | 16 |
8 | Sumqayıt | 20 | 15 |
9 | Səbail | 20 | 13 |
10 | Kəpəz | 20 | 13 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |