reklam
Dünya çempionatında yenilik tətbiq olunacaq
Sportfm.az xəbər saytı

Dünya çempionatında yenilik tətbiq olunacaq


Bu il Bakıda keçiriləcək taekvondo üzrə dünya çempinatında yenilik tətbiq olunacaq.

Sportfm.az xəbər verir ki, ilk dəfə böyüklər arasında mundialda idmançılar xüsusi yoxlama sistemi quraşdırılmış qoruyucu vasitələrdən istifadə edəcəklər.

Cənubi Koreyanın KPNP firmasının hazırladığı yeni məhsul zərbənin gücünü, yaxınlıq sensoru reaksiyasını və simsiz rabitə statusunu yoxlamaq funksiyası ilə təchiz olunub.

Şirkətdən bildirilib ki, bu yolla xallar daha dəqiq hesablanacaq və idmançılar daha ədalətli rəqabət mühitində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı 29 may - 4 iyunda təşkil olunacaq.

Oxşar xəbərlər

VAR sistemində yenilik - QƏRAR
Azərbaycan çempionatında yenilik ediləcək - Hər klubdan 2 idmançı
Millimizin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
Daha bir çempionatda VAR tətbiq olunacaq
Videotəkrardan istifadə olunacağı vaxt açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər