reklam
Rauf Əliyev Gəncədə qalmayacaq -
Sportfm.az xəbər saytı

Rauf Əliyev Gəncədə qalmayacaq -Eqrelidze də gedəcək


"Kəpəz" qış fasiləsində transferə çıxardığı futbolçulardan daha 2-si ilə razılaşmaq yolundadı.

Sportfm.az bunlar hücumçular - gürcü Mixeli Eqrelidzeylə Rauf Əliyevdi. 

Gəncəlilər hazırda əsasən Mixeliylə danışaraq məsələdə nöqtə qoymağa çalışır. "Kəpəz" baş məşqçisi Tərlan Əhmədova razı olmayan futbolçularla müqavilələrinin qarşılıqlı razılıqla xitam verilməsi ilə bağlı ortaq məxrəcə gəlməyə yaxındı. Son anda fors-major hal çıxmasa, onlarla bugünlərdə rəsmən yolların ayrılması açıqlanacaq.

Raufun adı xeyli vaxtdı "Şamaxı" ətrafında hallanır ki, keçidin nəhayət, baş tutması gözlənilir. 34 yaşlı Əliyevin real variantının olması ona hazırkı klubuyla müqaviləsinin pozmağa zəmin yaradır. 

"Kəpəz" rəhbərliyi Əhmədovun imtina etdiyi digər 3 futbolçu - qapıçı Kamran İbrahimov, müdafiəçi Elvin Yunuszadə və yarımmüdafiəçi Əfran İsmayılovla da hər gün danışıqlar aparır  Amma hələ ki müsbət nəticə əldə olumayıb. Onlar özlərinə yeni klub tapmalıdırlar ki, gəncəlilərə "hə" desinlər.  

Xatırladaq ki, "Kəpəz" dekabrın son günlərində iranlı müdafiəçi Peyman Keşavarzla müqaviləsini pozmağa nail olaraq gedişini rəsmən açıqlayıb. 

Oxşar xəbərlər

"Kəpəz Erqemlidzeni göndərdi - Ayrılıq
“Sumqayıt” gətirdi göndərdi - Azərbaycan reallığı
"Kəpəz"in futbolçusu "Şamaxı"da - Anlaşma
"Kəpəz"də belaruslu futbolçu
Zaur Həşimova lazım olmadı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər