reklam
Çempionlar Liqasının daha bir iştirakçısı məlum oldu
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının daha bir iştirakçısı məlum oldu


Çempionlar Liqasının II təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Sloveniyanı "Maribor" təmsil edəcək.

Mariborlular buna ölkə çempionu titulunu qazanmaqla nail olub. Darko Milaniçin yetirmələri 32-ci turda "Qoritsa" ilə məhsuldar heç-heçə (2:2) sayəsində qızıl medalları təmin edib.
 
Bu bərabərlikdən sonra "Maribor" xal hesabını 69-a çatdırıb. Çempionun ən yazın izləyicisi "Domjale" səfərdə "Koper"ə uduzduğundan (0:3) çempionluq ümidi ilə vidalaşıb. 54 xala malik komanda finişə 4 tur qalmış mariborlulardan 15 xal geri qalır.
 
Bu çempionluq "Maribor"un tarixində 14-cü uğurdu. İlk zəfərini 1996/97 mövsümündə qazanan komanda son 21 çempionatdan 14-də ən yaxşı adını əldə edib.
 
Qeyd edək ki, "Maribor" Çempionlar Liqasına Azərbaycan təmsilçisi "Qarabağ" kimi II təsnifat mərhələsindən başlayacaq.

Oxşar xəbərlər

İspanlar uddu, "Qarabağ"ın şansı gətirdi
"Zirə"nin səsi Avropadan gələcək
48-ci dəfə ölkə çempionu oldular!
Ardıcıl 3-cü çempionluq
"Qəbələ" üçün 56 yaşlı rəqib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər