Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”nin avrokubokda oynayacağı rəsmiləşdi
Kişi voleybolçulardan ibarət Azərbaycan klubları yenidən avrokuboklarda iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, bununla, kişi voleybolunda 7 illik həsrət başa çatacaq.
6 mövsüm beynəlxalq yarışlardan kənar qalan təmsilçilərimiz yeni ildə avrokubokda mübarizə aparacaq. Özü də son 14 ildə olduğu kimi 1 deyil, 2003-cü ildə olduğu kimi 2 klubumuz qitə miqyaslı yarışa qatılacaq. Bunlar az öncə başa çatan Yüksək dəstənin çempionu "Lokomotiv” və "Neftçi”di.
Əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi artıq yeni mövsümün planlarını da cızmağa başlayıb. "Neftçi”dən fərqli, "Lokomotiv” daha güclü oyunçularla güclənməyi də planlaşdırır.
Qeyd edək ki, kişi voleybolçuların yarışında debütümüz "Azəroil”lə olub. Bakını təmsil edən bu komanda 2001/02 mövsümündə "Top komandalar” kubokunda ilk oyununu "Kometa”ya (Macarıstan) qarşı keçirib. Hələlik 2010-cu ildə baş tutan son matçda da ölkəmizin idman şərəfini məhz "neftçilər” qoruyublar.
Ümumilikdə avrokubokda 2 təmsilçimiz çıxış edib. "Azəroil” (2002-ci ildən "Azərneft” adlanıb - red) 9, "Metro” 2 mövsüm qitəmiqyaslı klub turnirlərinə qatılıb.
Oxşar xəbərlər
"Neftçi"də yeni baş məşqçi - Komanda dünya çempionuna tapşırıldı
Klublarımız Çempionlar Liqasından imtina etdi
Azərbaycan çempionatı 5 klubla start götürür
Debütantsız yubiley, ilk “səkkiz”lik, “Qarabağ”ın ulduz arzusu
"Qəbələ"nin 72 yaşlı rəqibi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Edqar Ədilxanov fərqləndi, komandası uddu - Yoxlama görüşü
-
Mahir çıxdığı ilk oyunda məyus oldu - Polşa çempionatı
-
İdmançılarımız Avropa Çempionatında mübarizə aparacaq
-
"Zaqatala" baş məşqçisini göndərdi - Ayrılıq
-
Kamal Umudlu UEFA-dan növbəti təyinat
-
Yığmamız Avropa çempionatına Afinada hazırlaşacaq















Misli Premyer Liqası