reklam
Sportfm.az xəbər saytı

"Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm" -Renat Dadaşov


"Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm".

Sportfm.az xəbər verir ki, bunu İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu son illərdə Azərbaycanda idmanın inkişaf etdiyini bildirib: "Düşünürəm ki, Qətərdəki dünya çempionatı autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AVRO-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Oxşar xəbərlər

İtaliya klubunun oyunçusu millimizə qarşı oynayacaq - AVRO-2024
Millimizin Avstriya ilə oyununun biletləri satışda - AVRO-2024
Azərbaycan yığmasının oyunlarının təqvimi bilindi - AVRO-2024
Millimizin hücumçusu İsveçrə klubunda - Keçid
Renat Dadaşov əməliyyat olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər