reklam
Qran-prinin ilk günü Azərbaycan üçün uğursuz alınıb
Sportfm.az xəbər saytı

Qran-prinin ilk günü Azərbaycan üçün uğursuz alınıb


7 idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib. 
Gürcüstanın paytaxtı Tbilisidə start götürən Qran-prinin ilk günü cüdo üzrə Azərbaycan milli komandası üçün uğursuz alınıb.
"Report"un məlumatına görə, mübarizəyə qoşulan 4 kişi və 3 qadın idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Ən yaxşı nəticəni Mehman Sadıqovla (60 kq) Orxan Hacıağalı (66 kq) göstərib. Onlar təsəlliverici görüşdə uduzmaqla, 7-ci yeri tutublar.
Sahib Əsgərov (60 kq), Tərlan Kərimov (66 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq) və Səkinə Zayirova (57 kq) isə ilk görüşdə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan yığması 3 gün davam edəcək Qran-pridə 16 idmançı ilə təmsil olunur.

Oxşar xəbərlər

Cüdoçumuz Qran-pridə 2-ci oldu
Azərbaycan idmançısı qran-prinin qalibi oldu
Azərbaycan cüdoçusu Qran-pridə finala çıxdı
Cüdo millimizin “Qran-pri” üçün heyəti - SİYAHI
Azərbaycan cüdoçusu Qran Pridə bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər