reklam
Azərbaycan cüdoçusu Qran-pridə finala çıxdı
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu Qran-pridə finala çıxdı


Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Fransa təmsilçisi Teo Raoul Hebrarda qalib gəlib.
Yusifov qızıl medal uğrunda görüşdə Dilşot Xalmatov (Ukrayna) - Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.

Oxşar xəbərlər

Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
9 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır
Cüdoçularımız bu günü medalsız başa vurdu - Qran-pri
İdmançımız gümüş medal qazandı
Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər