reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" rəsmisi işdən çıxarıldı


"Kəpəz" futbol klubunda daha bir rəsmi şəxs işdən çıxarılıb. Bu barədə "Qaynar"a kluba yaxın mənbə məlumat verib.
 
Sportfm.az xəbər verir ki, mənbənin məlumatına görə, klubun rəisi Tahir Mirzəyev vəzifəsindən azad edilib. Bu barədə klubun Müşahidə Şurasının rəhbəri Elmir Vəliyev qərar verib.
 
Tahir Mirzəyev klubun keçmiş baş məşqçisi, son dövrlər icraçı direktor kimi "Kəpəz"də fəaliyyət göstərmiş Mehman Allahverdiyevin adamı kimi tanınırdı və məhz onun vasitəsi ilə kluba gətrilmişdi. Allahverdiyev özü bir müddət əvvəl Elmir Vəliyevin atası, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qərarı ilə klubdan kənarlaşdırılmışdı. Buna səbəb isə icra başçısına "Kəpəz" və rəhbərliyi haqqında xəbərlərin Allahverdiyev tərəfindən mətbuata ötrülməsi barədə məlumat verilməsi olmuşdu. 
 
Hazırda Allahverdiyevin klubda bir adamı qalıb ki, bu baş məşqçi Şahin Diniyevin köməkçisi olan qardaşı Fizuli Allahverdiyevdir. Onun da yaxınlarda işdən çıxarılması gözlənilir.

Oxşar xəbərlər

Gəncədə üsyan - "Kəpəz" məşqləri dayandırdı
Elmir Vəliyev "Kəpəz"i tərk etdi
"Kəpəz" Elnur Məmmədovu "Neftçi"yə qaytardı - FOTO
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər