Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" Elnur Məmmədovu "Neftçi"yə qaytardı -FOTO
"Kəpəz" də "Neftçi"nin klubdan qovulan sabiq icraçı direktoru Elnur Məmmədovu komandaya "qaytarıb. Futbol11.az xəbər verir ki, bu dəfə bakılıların mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov "Kəpəz" rəsmilərinin səhvə yol verdiyini sosial şəbəkədə qeyd edib.
Rəsulov məsələ ilə bağlı bunları qeyd edib: "Bəyanat-bəyanat oynamaq fikrimiz yoxdu. Amma mexaniki səhvdən heç kim sığortalanmayıb. 14.09.2016-cı il tarixdə "Neftçi" PFK sabiq icraçı direktor Elnur Məmmədovun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yaymışdı. Amma bundan 14 gün sonra yəni 28.09.2016-cı il tarixdə "Kəpəz" klubu Elnur Məmmədovun adına məktub ünvanlayıb. Fərq bir dənə ondadır ki, biz "Əlincə" stadionunda heç kimi əl çalmağa məcbur etməmişdik".
Qeyd edək ki, "Neftçi" tərəfi "Kəpəz"ə göndərdiyi məktubu klubun işdən qovulan icraçı direktoru Mehman Allahverdiyevin adına ünvanlamışdı.

Oxşar xəbərlər
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
Elnur Məmmədov: futboldan voleybola
Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldı
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası