reklam
Uqo Lyoris tarixə düşdü
Sportfm.az xəbər saytı

Uqo Lyoris tarixə düşdü


Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərə ilə oyunda qapısına iki penalti təyin edilən Fransa millisinin futbolçusu Uqo Lyoris mundiallar tarixinə düşüb.

Sportfm.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, komandasının 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada rəqibin iki dəfə penaltidən yararlanması 35 yaşlı qapıçını rekordçu edib.

Lyoris bununla mundiallarda qapısına ən çox penalti göstərilən qolkiper ünvanını ələ keçirib. 2010 və 2018-ci illərdə də dünya çempionatında “üçrənglilər”in qapısını qoruyan dəri əlcək sahibi ümumilikdə 5 dəfə onbirmetrlik zərbə zamanı rəqib oyunçularla üz-üzə qalıb. O, bununla iranlı Nasser Xedjazi və ispaniyalı İker Kasilyasın rekordunu yeniləyib.

Oxşar xəbərlər

Fransa millisi onu da itirdi - FOTO
Fransa milli komandasının tarixinə düşdü - DÇ-2022
CR 7-dən yeni dünya rekordu
20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
Dmitri Nazarov tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər