Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fransa milli komandasının tarixinə düşdü -DÇ-2022
"Tottenhem”in qapıçısı Uqo Lyoris Fransa milli komandasının tarixinə düşüb.
Sportfm.az xəbər verir ki, DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə keçirilən matçda meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən futbolçuya çevrilib.
143-cü dəfə millinin formasını geyinən qapıçı Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin dünya çempionatlarında ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub – 18 matç.
Xatırladaq ki, Fransa İngiltərəyə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Komanda bu mərhələdə Mərakeşlə qarşılaşacaq.
Oxşar xəbərlər
Fransa millisi onu da itirdi - FOTO
Messidən yeni tarixi rekord
Uqo Lyoris tarixə düşdü
Millinin tarixinə düşdü - 33 yaşında
Qrizmann 100-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
"Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı - Çempionlar Liqası
-
Rəhim Həsənov mübaisəli epizodları şərh etdi - VİDEO
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası















Misli Premyer Liqası