reklam
CR 7-dən yeni dünya rekordu
Sportfm.az xəbər saytı

CR 7-dən yeni dünya rekordu


Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo 400-cü beynəlxalq matçını keçirib.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldo bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub. Onlardan 5-i hazırda karyerasını davam etdirir.

  1. Kristiano Ronaldo (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
  2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
  3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
  4. Lionel Messi (Argentina) – 339 (170, 169)
  5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
  6. Xavi (İspaniya) – 328 (195, 133)
  7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
  8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
  9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)

Oxşar xəbərlər

Ronaldo siyahıda yoxdur - Messi isə zirvədədir
Finalda ən çox qol vurmuş futbolçular - SİYAHI
Əsrin ən yaxşı bombardirləri - SİYAHI
XXI əsrin ən yaxşı qapıçısı - SİYAHI
10 ilin ən güclüləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər