Azərbaycan Kubokunda önəmli gün -YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında 8 dəfə üz-üzə gəliblər. Bunların 3-də "qartallar", 2-də "ağ-qaralar" qələbə qazanıb. 3 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə "Neftçi" üstündür - 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.
Digər görüşdə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların 6-da "köhlən atlar", 2-də "qırmızı-qaralar" sevinən tərəf olub, 5 dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir - 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
İlk oyunlar
8 dekabr
18:00. “Zirə” – “Neftçi”
Zirə İK stadionu
20:30. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. "Kəpəz" "Turan Tovuz"u, "Səbail" isə "Sabah"ı qəbul edəcək.
Oxşar xəbərlər
Yarımfinalın ilk iştirakçıları bəlli olacaq - Azərbaycan Kuboku
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
“Qəbələ” ilə “Qarabağ” üz-üzə - Premyer Liqa
1/4 final mərhələsi başlayır - Azərbaycan Kubokunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası