1/4 final mərhələsi başlayır -Azərbaycan Kubokunda
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında “Sumqayıt” “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər.
Günün digər oyununda son ölkə çempionu "Qarabağ" "Qəbələ" ilə qarşılaşacaq. Bölgə təmsilçiləri indiyədək kubokda 9 dəfə üz-üzə gəliblər. Komandalar hərəyə iki dəfə qələbə qazanıb, 5 görüş isə heç-heçə bitib. Topların fərqində isə Ağdam təmsilçisi üstündür - 8:7.
Hər iki cavab görüşü fevralın 6-da gerçəkləşəcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
1 fevral (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. "Keşlə" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.
Oxşar xəbərlər
“Qarabağ” “Keşlə” səfərində - Azərbaycan Kuboku
"Qarabağ" və "Neftçi"nin oyununa təyinatlar - Azərbaycan Kuboku
“Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sabah”a qqarşı - Azərbaycan Kuboku
"Səbail" qələbə qazandı - Azərbaycan Kuboku
Azərbaycan kubokunda 1/4 finalın təyinatları açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası