reklam
Yarımfinalın ilk iştirakçıları bəlli olacaq -
Sportfm.az xəbər saytı

Yarımfinalın ilk iştirakçıları bəlli olacaq -Azərbaycan Kuboku


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. "Azersun Arena"dakı ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Digər matçda isə "Sabah" "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"dakı ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

19 dekabr

16:00. "Qəbələ" - "Qarabağ"

İlk oyun - 2:2

Qəbələ şəhər stadionu

19:00. "Sabah" - "Səbail"

İlk oyun - 2:3

"Bank Respublika Arena"

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır
"Qəbələ" "Qarabağ"ı məğlub etdi - Azərbaycan Kuboku
Azərbaycan Kubokunda önəmli gün - YENİLƏNİR
1/4 finalın oyunlarının vaxtı - Azərbaycan Kuboku
"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı - Azərbaycan kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər