reklam
“Azərreyl” oyunlarını Almaniyada keçirəcək -
Sportfm.az xəbər saytı

“Azərreyl” oyunlarını Almaniyada keçirəcək -Çağırış Kuboku


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı kollektiv “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.

Bu barədə qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək. “Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Oxşar xəbərlər

İlk oyunda məğlub oldu - Çağırış Kuboku
“Azərreyl” növbəti oyununa çıxacaq - Çağırış Kuboku
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri bilindi - Çağırış Kuboku
“Azərreyl” “Slaviya” ilə qarşılaşacaq - Çağırış Kuboku
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər