MİA-nın icraçı direktoru xarici jurnalistlərlə görüşdü -FOTO
Noyabrın 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.
Görüş zamanı Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərdən bəhs edib.
Görüşdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi kimi məsələlərə diqqət çəkib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasınınartırılmasının vacibliyini vurğulayıb. Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
“Bu, mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir” - Əhməd İsmayılov
Medianın İnkişafı Agentliyinin 2 yaşı tamam olur
MEDİA Agentliyi yeni memorandum imzaladı
MEDİA-nın icraçı direktoru idman mətbuatının durumunu müzakirə etdi
Media Komitəsi əməkdaşlıq perspektivlərini müzakirə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası