Azərbaycan dünya reytinqində 6-cıdır
Azərbaycan cüdo üzrə 2022-ci ildə keçirilən beynəlxalq yarışlarda qazanılan medalların əyyarına görə dünyada lk “10-luq”da qərarlaşıb.
Sportfm.az xəbər verir ki, ölkəmizin təmsilçiləri il ərzində ümumilikdə 169 medala sahib çıxıblar. Bunlardan 55-i qızıl, 49-u gümüş, 65-i bürüncdür.
Bununla Azərbaycan il ərzində keçirilən beynəlxalq yarışlarda ən yaxşı nəticə göstərən ölkələr arasında 6-cı pillədə yer alıb.
İlk sırada 124 qızıl, 102 gümüş, 217 bürünc mükafatla Fransadır. Özbəkistan (71 qızıl, 54 gümüş, 112 bürünc) ikinci, Yaponiya (63 qızıl, 25 gümüş, 26 bürünc) üçüncüdür.
Sıralama bütün yaş kateqoriyaları üzrə beynəlxalq yarışlarda (dünya, qitə çempionatları, “Böyük Dəbilqə”, qran-pri, qitə açıq turnirləri, qitə kuboku və s.) əldə oluna nəticələr əsasında formalaşıb.
Oxşar xəbərlər
Cüdoçularımızın 2022-ci ildə qazandıqları medal sayı
Güləşçilərmizin 2022-ci ildə qazandıqları medalların sayı - 63 qızıl, 44 gümüş, 58 bürünc
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı bilindi
İdmançılarımızın bu il qazandıqları medal sayı məlum oldu - 519
İli 319 medalla başa vurdular - Karateçilərimizdən uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası