Elnur Qəmbərov:”Şanslarımız sıfıra bərabərdir”
Futzal üzrə yığma komandamızın sabiq üzvü, "Xəzər Adaları” klubu ilə ölkə çempionu olan, hazırda işsiz mütəxəssislərdən Elnur Qəmbərov Sportfm.az saytının əməkdaşına Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən bunları bildirib: "Bizim qrupdan çıxmaq şanslarımız sıfıra bərabərdir. Çoxları İspaniyanın, İranın adlarını çəkir, ancaq gəlin Mərakeş millisini unutmayaq. Afrikalılar texnikası ilə seçilir. Son illər onlar heçdə pis oyun nümayiş etdirmir. Bu heyətlə qrupda üçüncü olsaq, böyük uğur olacaq. Dünya çempionatında ispanlarla ancaq Braziliya və İran bacarır. Cənub qonşularımızda bizim qrupda yer alıb. Qeyd edim ki, futzalda ən güclü yığma hesab edilən Braziliya İranla matçlarda həmişə çətinliklə, bir top fərqiylə qələbə qazanıb. Bizim 2015-2016-cı ildə cəmi üç ciddi rəqiblə oyunumuz olub, hər üçünüdə uduzmuşuq(Rusiya 2-7, İtaliya 0-3, Ukrayna 2-3). Dünya çempionatındakı komandalar Slovakiya, Hollandiya səviyyəsində yığmalar deyil. Düşünürəm ki, millimizə yeni braziliyalılar cəlb oluncaq. Təbii ki, baş məşqçidə əcnəbi olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi Kolumbiyada keçiriləcək dünya çempionatında F qrupunda mübarizə aparacaq. Millinin rəqibləri İran, İspaniya və Mərakeş yığmalarıdır. Çempionatın final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində - Medelyinlə yanaşı, Kali və Bukaramanqada olacaq.
Oxşar xəbərlər
Yığmamız Dünya çempionatında mübarizəni dayandırdı
Yeni dünya çempionu hansı komanda olacaq?
İlk 1/4 finalçılar məlum oldu - DÇ
Yığmamız dünya çempionatının 1/8 final mərhələsində
Millimiz dünya çempionatının finalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası