reklam
Vea qol vurdu, ABŞ və Uels bərabərə qaldı -
Sportfm.az xəbər saytı

Vea qol vurdu, ABŞ və Uels bərabərə qaldı -DÇ-2022


Dünya Çempionatının ABŞ – Uels matçında hesabı açan Timoti Veanın soyadı futbolsevərlərə yaxşı tanışdı. Bəli, o, məşhur liberiyalı Corc Veanın oğludur.

Ata Vea “Qızıl top”u qazanan ilk afrikalı futbolçu olmuşdu.

Sportfm.az xəbər verir ki, “Monako”, PSJ və “Milan”da xarüqələr yaratdı, amma Liberiya millisi ilə mundiallra vəsiqə qazana bilmədi. Karyerasını başa vurduqdan sonra siyasətə atıldı, hazırda Liberiyanın prezidentidir.

Timoti Vea isə həm Fransa, həm də ABŞ vətəndaşıdır, “Lill”də oynayır. Aşağı yaş qruplarından etibarən ABŞ millisində çıxış etdikdən sonra əsas milliyə dəvət aldı və indi atasının arzularını reallaşdırdı, Dünya Çempionatında qol vurdu. Təəssüf ki, başqa millinin formasında…

Oxşar xəbərlər

"Patrik ən yaxşı futbolçulardandı" - MÜSAHİBƏ
PSJ-nin gənc ulduzu gələcəyi barədə açıqlama verdi
Liberiya prezidenti Nigeriya yığmasına qarşı oynadı - VİDEO
Prezidentin oğlu digər ölkənin yığmasında debüt etdi
Vea PSJ-nin heyətində debüt etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər