Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Yuventus” alman məşqçi ilə danışığa başladı
“Çelsi”nin və PSJ-nin keçmiş baş məşqçisi Tomas Tuxel “Yuventus”un “sükanı arxasına” keçə bilər.
Sportfm.az xəbər verir ki, Turin klubunun rəhbərliyi Tuxeli Massimiliano Alleqrinin yerinə əsas namizəd hesab edir. Komandanın son iki mövsümdə avrokuboklarda göstərdiyi performans rəhbərliyi bu barədə düşünməyə vadar edib.
“Qoca sinyora” artıq alman mütəxəssislə əlaqə saxlayıb. 49 yaşlı baş məşqçinin gələn həftə Turinə gələrək “Yuventus”la müqavilə imzalayacağı gözlənilir.
Tuxel sentybr ayında “Çelsi”ni tərk edib. O, həmçinin, PSJ, “Borussiya” (Dortmund) klublarında fəaliyyəti ilə də tanınır.
Oxşar xəbərlər
"“Yuventus” məğlubiyyətə layiq idi" - Massimiliano Alleqri
“PSJ”də yeni baş məşqçi - RƏSMİ
PSJ Alleqri ilə danışıqlara başladı
O da “Yuventus”a qayıdır
"Bavariya"nın yeni baş məşqçisi kim olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası