"Ona inanıram” -Regekampf
“Uğurlu seriyanın davamını gətirmək istəyirik”.
Sportfm.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Şamaxı”ya qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 26-cı tur oyunundan əvvəl deyib.
48 yaşlı məşqçi hazırlıqlarının çox yaxşı getdiyini bildirib:
“Demək olar ki, bütün oyunçular sərəncamımdadır. Son matçlarda yaxşı çıxış etdiyimizi deyə bilərəm”.
Rumıniyalı baş məşqçi Şamaxıdakı stadionun ot örtüyünün süni olması barədə danışıb:
“Bu barədə düşünmürük. Səfərdə qələbə qazanmağa çalışacağıq. Normal ot örtüyü olmasa da, yalnız qalib gəlmək niyyətindəyik”.
Regekampf yarımmüdafiəçi Ataa Caberin zədələndiyi üçün üzüldüyünü söyləyib:
“Həmin mövqedə bir neçə seçimimiz var. Futbolda belə hallar olur. Onun tezliklə sıraya dönəcəyinə inanıram. Sezar Meza Kollinin ötən qarşılaşmada qol vurmasına görə isə sevinirəm. Çox gözəl oyun nümayiş etdirib. Amma futbolçunun 7 ay sonra yaşıl meydanlara qayıtdığını nəzərə almalıyıq. Meza Kollinin hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Ona inanıram”.
O, qış transfer dönəmində komandaya cəlb edilən oyunçuların kollektivə uyğunlaşdığını sözlərinə əlavə edib:
“Onlar burada oynamaq üçün yetərli səviyyədə olduqlarını artıq göstəriblər. Mövsümü zədəsiz başa vuracaqlarına ümid edirəm”.
Martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” qarşılaşması saat 15:00-da başlayacaq.
Oxşar xəbərlər
Regekampf Azərbaycan millisindən danışdı
"Zədələr də futbolun bir hissəsidir" - Eddi İsrafilov
"İnanıram ki, getdikcə daha yaxşı olacağıq" - Regekampf
Laurentsiu Regekampf narazıdır: "Hazırlıq yaxşı getmir"
“Bu amildən ehtiyatlanmalıyıq” - Laurentsiu Regekampf
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası