Eddi İsrafilov:"Kömək etməyə hazıram"
“Bəzi matçlarda vacib xallar itirdik. Bunu istəməzdik. Ümumi götürsək, oynamadığım dönəmdə komandamın perpormasını yaxşı dəyərləndirirəm”.
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov klubun rəsmi televiziyasına açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.
Zədəsini sağaldan 30 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Məşqlərdə iştirakı səbirsizliklə gözləyirdim. Artıq komanda ilə birlikdəyəm. Baş məşqçi şans versə, kömək etməyə hazıram".
İsrafilov 15-ci turda "Səbail"lə görüşün asan olmayacağını söyləyib: "Rəqib yaxşı heyətə malikdir. Amma bizim adımız "Neftçi"dir və qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq".
Noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.
Oxşar xəbərlər
"Zədələr də futbolun bir hissəsidir" - Eddi İsrafilov
Laurentsiu Regekampf narazıdır: "Hazırlıq yaxşı getmir"
"Eddi İsrafilov və Azər Salahlı bizə xeyir verəcəklər" - Emin Mahmudov
"Eddi İsrafilov Azərbaycandan yaxşı təklif alıb" - AÇIQLAMA
"Daha yaxşı oynayacağıma inanıram" - Eddi İsrafilov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası