"Barselona" rekord sayda futbolçu göndərdi -DÇ-2022
"Barselona" dünya çempionatları tarixində yığma komandalara rekord sayda futbolçu göndərib.
Sportfm.az xəbər verir ki, Kataloniya təmsilçisinin 17 futbolçusu DÇ-2022 üçün milli komandalara çağırılıblar.
“Barselona”dan dünya çempionatına gedəcək futbolçular Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Usman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxodur (Uruqvay).
Qeyd edək ki, DÇ-2022 sabah Qətərdə start götürəcək və dekabrın 18-dək davam edəcək.
Oxşar xəbərlər
Niderland millisinin heyəti - DÇ-2022
"Osasuna" – "Barselona" 1:2 - VİDEO
İspaniya millisinin heyəti açıqlandı - "Real"dan futbolçu çağırılmadı
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
"Barselona" Arda Turana fantastik qiymət qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












.png)


Misli Premyer Liqası