

İspaniya millisinin heyəti açıqlandı -"Real"dan futbolçu çağırılmadı
Futbol üzrə İspaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki baş məşqçi Luis Enrike milliyə 24 futbolçu dəvət edib. Heyətdə qapıçılardan David de Xea ("Mançester Yunayted", İngiltərə), Unay Simon ("Atletik"), Robert Sançes ("Brayton", İngiltərə), müdafiəçilərdən Xose Qaya ("Valensiya"), Jordi Alba ("Barselona"), Pau Torres ("Vilyarreal"), Emerik Lyaport, Erik Qarsiya (hər ikisi "Mançester Siti", İngiltərə), Dieqo Lyorente ("Vilyarreal"), Sesar Asplikueta ("Çelsi", İngiltərə), Markos Lyorente ("Atletiko") yer alıblar.
Yarımmüdafiəçilərdən Serxio Buskets, Pedri (hər ikisi "Barselona"), Rodri ("Mançester Siti"), Tiaqo Alkantara ("Liverpul", İngiltərə), Koke ("Atletiko"), Fabian Ruis ("Napoli"), hücumçulardan Dani Olmo ("Leyptsiq"), Mikel Oyarsabal ("Real Sosyedad"), Alvaro Morata ("Yuventus"), Jerar Moreno ("Vilyarreal"), Ferran Torres ("Mançester Siti"), Adama Traore ("Vulverhempton"), Pablo Sarabiya (“Paris Sen-Jermen”) heyətə daxil ediliblər.
İspaniya millisi İsveç, Polşa və Slovakiya yığmaları ilə birlikdə E qrupunda yer alıb.
Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Oxşar xəbərlər
İsveçrə – İspaniya - START HEYƏTLƏR
Slovakiya - İspaniya - START HEYƏTLƏR
Almaniya millisinin heyəti - AVRO-2020
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir - HADİSƏ
-
"Zirə"nin sabiq futbolçusunun tələbi təmin edildi
-
Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
-
Karateçilərimiz Moldovada 6 medal qazandı
-
“Qəbələ”nin yay hazırlıq planı bilindi
-
Fransa - Azərbaycan matçının stadionu məlum oldu - DÇ-2026