reklam
Azərbaycan qılıncoynadanı qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan qılıncoynadanı qızıl medal qazandı


Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, 14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.

O, ən güclü 4-lüyə yüksəlmək üçün yunanıstanlı Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançı yarımfinalda bolqar Nikola Meitsovdan (15:14) güclü olub.

Qılıncoynadan həlledici qarşılaşmada Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.

Oxşar xəbərlər

Bolqarıstanda tarixi nəticə!
İdmançımız Avropa çempionu oldu - UĞUR
Anna Başta ən başda - Qızıl medal
Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu - Bolqarıstanda
Qılıncoynadanımız Afinada qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər