reklam
Murad Musayev puldan danışdı:
Sportfm.az xəbər saytı

Murad Musayev puldan danışdı:"Qələbəyə görə olan mükafatı alacaqlar"


"Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının XIV turunda “Qarabağ”la 0:0 hesabı ilə yekunlaşan görüş barədə danışıb. 
Sportfm.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında rusiyalı məşqçi matçla bağlı bunları deyib.


- Nəticəyə görə olmasa da, mübarizə əzminə görə komandama təşəkkür edirəm. Onlar xarakter nümayiş etdirdilər. Meydanda mübarizlik var idi. Eləcə də, azarkeşlərə, futbolsevərlərə təşəkkür etmək istəyirəm. Bu gün bəlkə də mövsümün rekordu vuruldu. Azərbaycanda stadionları məhz bu cür görmək istəyirik. Matçda qol olmasa da, müasir futbol izlədik. Çalışmalıyıq ki, hər oyunda bu cür mübarizə əzminə şahidlik edək.


- Sizcə, hansı komanda qələbəyə daha yaxın idi?
- İkinci hissənin ortasında iki topumuz dirəkdən döndü. Matçın əvvəlində də biz fəal idik. Amma sonda “Qarabağ”ın şansları oldu. Ona görə də ümumilikdə heç-heçəni ədalətli nəticə saymaq olar. 


- Azarkeşlərin çoxluğu komandanızın oyununa necə təsir etdi?
- Düşünürəm ki, bu, çox vacib faktordur. Avrokuboklar zamanı stadion dolu olur. Bilirəm ki, hətta Bakı Olimpiya Stadionunun dolduğu vaxtlar da olub. Bu o deməkdir ki. Azərbaycanda futbolu sevirlər. Azarkeşlərin gəlməsi futbolçular üçün də müsbət məqamdır. Onlar azarkeşlərin çoxluğunda fərqli, qeyri-standart şeylər etməyə çalışırlar. 


- Bu gün “Sabah”da qələbə üçün nə çatışmadı?
- Yaxaladığımız qol epizodlarınlı dəyərləndirə bilmədik. Onlardan faydalansaydıq, nəticə fərqli olardı. 3-4 qol epizodumuz olsa da, şanslarımızıə boşa verdik. 


- “Qarabağ” bu mövsüm ilk dəfə “Sabah”la oyunda xal itirdi. Bu məqam çempionluq mübarizəsinə necə təsir edə bilər?
- Futbolda hər an hər şey dəyişə bilər. Hər hansı zədə, yaxud qara zolaq komandanı geri sala bilər. Həmişə demişəm ki, biz sadəcə məşqlərə fikrimizi yönəltməli və qarşıdakı oyunlara köklənməliyik. 


- Bugünkü heç-heçəyə görə komandanıza mükafat veriləcək?
- Bilmirəm bunu söyləməyim nə dərəcədə düzgündü, amma bəli, bu gün futbolçular qələbəyə görə olan mükafatı alacaqlar. 


- Qeyd etmişdiz ki, “Qarabağ” Rusiya Premyer Liqasında “Zenit”lə çempionluq uğrunda mübarizə apara bilər. Bəs “Sabah” Rusiyada hansı yerlə uğrunda mübarizə apara bilər?
- Bu barədə proqnoz vermək mənim üçün çətindir. Amma deyə bilərəm ki, heç kimdən çəkinməzdik, bütüb rəqiblərə qarşı elə bugünkü kimi oynayardıq. 


- Komandamızın potensialı bundan daha yaxşısına imkan verir, yoxsa qışda mütləq güclənməlisiz?
- Qışda yaxşı transfer reallaşdırmaq çətindir. Komandamıza yayda qoşulanlar təzəcə adaptasiya olurlar. Əgər yaxşı variant olsa, güclənməyuimiz çox yaxşı olardı.


- Oyundan sonra Qurban Qurbanovla nə barədə danışırdız? 
- Oyun barədə müzakirə apardıq. Bir-birimizə qarşılıqlı hörmətimiz var. Onlara qarşı oynadığımız üçün şadam. O, “Sabah”, mən isə “Qarabağ” haqda düşüncələrimi bölüşdüm.

Oxşar xəbərlər

“Sabah”ın baş məşqçisi hakimlərin cəzalanmasını istədi
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
“Qarabağ” işi bitirib” – SORĞU
Qurban Qurbanov qələbəni şərh etdi - "Azarkeşlər olsaydı, hücumlarımız daha effektiv ola bilərdi"
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər