Gəncədə qol səsi çıxmadı -Misli Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq.
Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Turam Tovuz" arasında olub.
İki komanda indiyədək ölkə çempionatında bir dəfə qarşılaşıb. Tovuzda baş tutan oyunda yerli kollektiv 2:0 hesablı qələbə qazanıb.
Tura "Sabah" və "Qarabağ" arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə 2-cidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. 12 oyun "köhlən atlar"ın qələbəsi, 4 görüş isə heç-heçə ilə ba.a çatıb. “Sabah” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbərində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv aşkar üstündür - 33:8. “Qarabağ” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XIV tur
13 noyabr (bazar)
14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.
Oxşar xəbərlər
"Neftçi" bu dəfə də uduzsa.... Misli Premyer Liqası
"Qarabağ" "Sabah"la üz-üzə, Gəncədə derbi - YENİLƏNİR
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
"Neftçi" "Sabah"ı məğlub edə biləcəkmi? - YENİLƏNİR
Tura mərkəzi oyunla yekun vurulacaq - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“DH Volley” mübarizəyə başlayır - Çelenc Kuboku















Misli Premyer Liqası