reklam
Erməni boksçusu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı
Sportfm.az xəbər saytı

Erməni boksçusu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı


Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turniri davam edir.

Sportfm.az xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də keçiriləcək.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.

Oxşar xəbərlər

5 boksçumuz yarımfinalda - Qızıl kəmər seriyası
Boksçularımız “qızıl” görüşünə çıxacaq - Beynəlxalq turnir
3 boksçumuz finalda - Beynəlxalq turnir
Boksçularımız beynəlxalq turnirin finalında
Azərbaycan boksçusu 1/8 finalda uduzdu - Uğursuzluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər