Polşalılar Qətərə Levandovski ilə yollanır -DÇ-2022
Futbol üzrə Polşa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Sportfm.az xəbər verir ki, baş məşqçi Çeslav Mixneviç 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Voytsex Şesnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Bartlomey Dronqovski ("Spetsiya", İtaliya)
Müdafiəçilər: Kamil Qlik ("Benevento", İtaliya), Bartoş Bereşinski ("Sampdoriya", İtaliya), Yan Bednarek, Metti Keş (hər ikisi "Aston Villa", İngiltərə), Robert Qumni ("Auqsburq", Almaniya), Artur Yendjeyçik ("Legiya"), Yakub Kivyor ("Spetsiya", İtaliya), Mateuş Veteska ("Klermon", Fransa), Nikola Zalevski ("Roma", İtaliya)
Yarımmüdafiəçilər: Qjeqoj Krıxovyak ("Əl-Şabab", Səudiyyə Ərəbistanı), Kristian Belik ("Birmingem", İngiltərə), Damian Şimanski (AEK, Yunanıstan), Pyotr Zelinski ("Napoli", İtaliya), Sebastian Şimanski ("Feyenoord", Niderland), Şimon Jurkovski ("Fiorentina", İtaliya), Yakub Kaminski ("Volfsburq", Almaniya), Pşemıslav Frankovski ("Lans", Fransa), Kamil Qrositski ("Poqon"), Mixal Skuras ("Lex")
Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Arkadiuş Milik ("Yuventus", İtaliya), Kşiştof Pyontek ("Salernitana", İtaliya), Karol Sviderski ("Şarlott", ABŞ)
Qeyd edək ki, Polşa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Argentina ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Oxşar xəbərlər
İngiltərə adını 1/4 finala yazdırdı - Dünya çempionatı
Argentina çətin olanı bacardı - Dünya çempionatı
Mbappe və Mbappe - Fransa növbəti mərhələdə - DÇ-2022
Polşa millisinin geniş heyəti - Dünya çempionatı
Millinin heyəti məlum oldu - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası