Benzema, Benzema, Benzema...
"Real"ın futbolçusu Kərim Benzema karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı hücumçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matç keçirib. O, yalnız "Şaxtyor"a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu "Seltik"lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. "Leyptsiq"lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.
Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm "Lion"un, həm də "Real"ın heyətində ÇL-in qrup mərhələlərində qolla fərqlənib.
Qeyd edək ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, "Lion"un yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.
Oxşar xəbərlər
Benzema gedir - Səudiyyə Ərəbistanı klubuna
"Real" Benzema ilə müqavilə imzaladı - 2 illik
Benzema Madriddə qalır - Müqavilə
Benzema Ronaldonun rekordunu qırdı - 88 oldu
Çin klubu Benzema üçün 50 milyon avro təklif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası