• 18:02 Çərşənbə
    10 Avqust 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Azərbaycan futbolunda ən önəmli transferin qarşısını "sapı özümüzdən olan baltalar" aldı" (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Nefçi” - 80: ağ və qara tarix” layihəsi çərçivəsində onuncu yazısı
 
Əvvəlki yazını oxumaq üçün kliklə: http://sportfm.az/futbol/5350-layih-lk-qzl-oyunun-a-qara-ssenarisi.html
 
Çalxantılı dönəmin yola saldıqları...

Azərbaycan futbolu 90-cı illərin əvvəlində çaşqınlıq dövrünü yaşayırdı. Sovetlər Birliyinin "futbol havasını” udan "Neftçi” ölkədaxili yarışlarda özünü sudan quruya düşən balıq kimi hiss edirdi. Oyunçıların çoxu seçim qarşısında qalmışdı. Hətta bəziləri həmin ərəfədə karyerasını bitirməyi qərara aldı. Müstəqil Azərbaycan çempionatında səviyyənin aşağı olması, pulun olmaması, istedadlı futbolçuların ölkədən çıxmasına səbəb oldu. Nazim Süleymanov, Vəli Qasımov, Dmitri Kramarenko, Vladislav Nosenko, İqor Getman, Arif Əsədov, Rasim Abuşev, Samir Ələkbərov və s. "Neftçi” üzvləri digər ölkələrə yollandı. Onlar əsasən Rusiyanın, Ukraynanın, İsrailin klublarında özlərinə yer tapdılar. 
Futbolçularımızın xaricə yollanmasının 2-ci cərəyanı 2002-03-cü illərə təsadüf etdi. Klubların 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi. Futbolsuz qalan Azərbaycanda xeyli sayda oyunçu Ukrayna, İran və Rusiyanın 1-ci divizionunun yolunu tutdu. Arxada qalan illər ərzində ölkə futbolunu yüksək səviyyədə təmsil edənlərin adlarını çəkdikdə, ilk sırada Vəli Qasımov xatırlanır. Hələ Sovet dönəmində "Neftçi”ni İsveçin ortabab klublarından olan "Nörçepinq”ə dəyişən və orada it-bat olan İqor Ponomaryovla nisbətdə Qasımov Moskva "Dinamo”sunda bombardir ola bildi. Ölkə futbolu tarixində ilk dəfə "böyük beşlik” ölkələrindən olan İspaniyada karyerasını davam etdirən forvard "Betis”də nəyə qadir olduğunu sübut etdi. Ancaq Vəli Pireney yarımadasında qalsa da, İspaniyanı tərk etməli oldu. Portuqaliya karyerası alınmayan sabiq "Neftçi”linin zədə səbəbindən bir daha əvvəlki formasını bərpa edə bilməməsi gözdən itməsinə gətirib çıxardı. Vəli Qasımovdan sonra Avropanın ən reytinqli beş çempionatında(İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa) 2-ci futbolçumuzun peyda olmasını uzun illərdir gözləyirik, ancaq belə bir keçid baş tuta bilərdi. 

Pulun gətirdiyi durğunluq dövrü

2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının” qüvvəyə minməsi ilə əlaqədar ölkə futbolunda canlanma yarandı. Xaricdə olan az-çox oyunçularımız vətənə geri dönməyə başladı. Artıq Azərbaycan çempionatının klubları yüksək ödənişli legionerləri transfer etməklə yanaşı, yerli futbolçulara böyük pullar verirdi. Belə olan təqdirdə Azərbaycanı tərk etməyə onsuzda həvəsli olmayan futbolçularımız yerli klublarda "gün keçirirdi”.  
2010-11-ci illər mövsümündə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionatının qızıl medallarını qazandı. Həmin il İngiltərədən klubun yetirməsi olan Araz Abdullayevə rəsmi dəvət gəldi. Ada ölkəsinin ən köklü klublarından olan "Everton” azərbaycanlı gənci sıralarına qatmaq fikrinə düşmüşdü.
19 yaşlı yarımmüdafiəçi "Everton”un seleksionerlərinin diqqətini Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının heyətində Şotlandiya ilə səfər matçında cəlb etmişdi. Əslində, bu İngiltərə klublarından azərbaycanlı futbolçuya gələn ilk təklif deyildi. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında SSRİ yığmasının heyətində parlaq oyun nümayiş etdirən əfsanəvi "Neftçi”li forvard Anatoli Banişevski bir çox ingilis komandasından transfer təklifi almışdı. Ancaq o dövrdə belə keçidin baş tutması mümkün deyildi. 

Futbolun yaradıcılarını valeh edən 2-ci "Neftçi”li

İngilislər Araz Abdullayevin transferində maraqlı olduqları dönəmdə "Neftçi”nin vitse-prezidenti vəzifəsini daşıyan Tahir Süleymanov futbolçuya təkcə ingilislərdən deyil, həm də Rusiya klubundan transfer təklifi gəldiyini deyir:” Araza iki klubdan rəsmi dəvət gəldi. "Rubin” və "Everton” onu almaqda israrlı idi. Hər iki klubla rəsmi danışıqlar aparıldı. Arazın yunan meneceri Tasosla birgə seçimi "Everton”dan yana oldu. Bu yöndə "Neftçi" tərəfindən futbolçuya heç bir maneə yaradılmadı”.
O dönəmdə "Neftçi” futbol klubunun prezidenti olan Sadıq Sadıqov futbolçunun transferi üçün paytaxtımıza gələn İngiltərə "Everton”unun rəsmiləri - beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrison və İnkişaf Departamentinin direktoru Con Merdoku qəbul etdi.
T. Süleymanov qonaqlarla danışıqların yüksək səviyyədə keçdiyini vurğuladı:” İngilislərlə yüksək səviyyədə danışıqlar aparıldı. İngilis klubunun səlahiyyətli nümayəndələri Bakıya gəldi. "Everton”un baş məşqçisi(Deyvid Moyes – red.) Abdullayevin keçidində çox israrlı idi. Buna görə də işçi vizasının alınması və milliyə davamlı çağırılması üçün şəxsən Berti Foqtsla(O dönəmdə Azərbaycan yığmasının baş məqşçisi – red.) telefonla danışaraq qarant aldı”. 

Abdullayevə alman əngəli 

Ancaq hadisələrin sonrakı gedişatı göstərdi ki, almaniyalı mütəxəssis Moyesə verdiyi sözün üstündə durmadı. Məhz bu amil müstəqillik dönəmində yetişən ən istedadlı futbolçularımızdan biri olan Arazın gələcək karyerasına ciddi şəkildə mənfi təsir göstərdi. 
Tahir bəy bu transferdə ilk addımı qarşı tərəfin atdığını qeyd edir:”Onlar bu keçidin baş tutmasını çox istəyirdi. Tezliklə iki klub arasında rəsmi müqavilə imzalandı. Müqavilə şərtlərinə uyğun "Everton” "Neftçi”nin hesabına ilk olaraq 50 min dollar pul ödədi. İşçi vizasının həllindən sonra isə əlavə ödənişlər olacaqdı”.
Bu keçid Avropa və dünyada da əks-səda doğurmuşdu. Azərbaycandan birbaşa İngiltərə Premyer Liqasına, "Everton” kimi kluba futbolçu transferi FİFA-nı da maraqlandırmışdı. Xüsusi olaraq Araza görə Bakıya gələrək film çəkilmişdi.
Rəsmi müqavilə imzalandıqdan sonra futbolçu  İngiltərəyə yola düşdü. Tibbi baxışdan və müxtəlif testlərdən keçən Araz Abdullayevin işçi vizasının alınması üçün rəsmi sənədlər İngiltərə dövlət orqanlarına təqdim edildi. Bu işlərdə İngiltərənin Azərbaycandakı səfirliyi də hərtərəfli dəstək olurdu. Araz gənc futbolçu olduğu üçün ingilis klubunun rəsmi məktubuna əsasən həmin dönəmdə millinin heyətində 3-5 oyuna çıxması kifayət idi. Özü də onun start heyətində yaşıl meydana ayaq basması önəmli deyildi. Əsas əvəzetmədən olsa belə rəsmi protokolda adının əks olunması idi. Bu müddət ərzində Abdullayev ingilislərin əsas heyəti ilə  Avstriya, Dubay toplanışlarında, gənclərlə isə Moskva turnirində iştirak etdi.
Tahir Süleymanov gənc futbolçunun İngiltərədə oynamaması üçün Berti Foqtsun əlindən gələni etdiyini bildirir:”Deyvid Moyes Araz üçün fiziki hazırlıq üzrə xüsusi hazırlıq proqramı tərtib  etmişdi. Qısa zamanda, 5-6 aya onu əsas heyətdə görmək istəyirdi. Və....Milli "oyun"ları başladı. Foqts israrla, bilərəkdən Arazı millinin oyunlarında 18-likdə ola-ola bir dəqiqə də olsa meydana buraxmadı. "Neftçi" tərəfi olaraq AFFA rəhbərliyinə, baş katibə fikirlərimizi çatdırsaq da, irəliləyiş olmadı. Hətta Belçika səfərində məğlub olarkən oyunun sonlarında şəxsən özüm Belçikaya telefon açdım. AFFA-nın baş katibi ilə danışdım, dedim ki, onsuzda milli böyük hesabla məğlub olur, Araz ehtiyatdadır, nəyə görə 1-2 dəqiqə də olsa meydana buraxmırsınız?! İşçi vizasının alınması üçün onun oynaması mütləq şərtdir...Elxan Məmmədov dedi ki, Foqts baş məşqçidir, onun işinə qarışa bilmərik. Bu həmin dönəm idi ki, Axtyamovlar millidə at oynadırdılar. Açıq-aşkar Arazın "Everton”a keçməməsi üçün əllərindən gələni etdilər”. 
"Neftçi”nin sabiq vitse-prezidenti sonrakı dönəmdə futbolçunun Yunanıstana yollanmasına da aydınlıq gətirdi:” Belə durum Araza psixoloji olaraq çox pis təsir edirdi. Vəziyyətin düzəlməsi ümidi ilə Araz Yunanıstana, "Panionis” klubuna icarəyə verildi.
Davamlı əsas heyətdə oynamasına baxmayaraq millinin qapısını onun üzünə bağladılar. "Everton” klubunun baş məçqçisi bu duruma çox məyus olmuşdu. Dəfələrlə Bakıya, "Neftçi”yə  klub tərəfindən yazılı elektron məktublar daxil oldu. Azərbaycan futbolu adına milliyə cavabdehlərin niyə düşmənçilik etdiyi anlaşılan deyildi. 19 yaşlı futbolçumuz birbaşa millidə oynadılmamasına görə işçi vizası ala bilmədi. Azərbaycan futbol tarixində ilk dəfə olaraq İngiltərə Premyer Liqasına keçidin qarşısı bilərəkdən alındı. Bunun adı birbaşa futbola xəyanət, düşmənçilik idi”. 
Tahir Süleymanov gənc futbolçunun "Everton”a transferi gerçəkləşəcəyi təqdirdə, orada uğur qazanacağına inandığını söylədi:”Gənc yaşlarından İngiltərəyə yola düşsəydi, Araz istedadı hesabına ustalığını daha da artıracaq, ingilis futbol sisteminə uyğunlaşacaqdı. Müstəqil Azərbaycan futbolunda ən önəmli transferin qarşısını sapı özümüzdən olan baltalar aldı”.
Futbolçunun kareyerası ilə bağlı sonrakı hadisələr hər kəsə məlumdur. Hazırda "Qəbələ”nin şərəfini qoruyan Araz Abdullayevin yenidən Avropanın yolunu tutacağı ümidiylə...
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


скачать dle 10.4 UTF-8Forex для начинающих

22-03-2017
3284
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-05-2017
Şevçenkoya qarşı oynayan azərbaycanlını futboldan nə küsdürüb?
Şevçenkoya qarşı oynayan azərbaycanlını futboldan nə küsdürüb? (LAYİHƏ)
15-05-2017
Klub prezidenti:
Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL
28-03-2017
"Araz"ın 10 futzalçısı yığmaya çağırıldı!
16-03-2017
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
7-03-2017
"Neftçi"nin ilk "qızıl dubl"u və Superkubok (LAYİHƏ)
27-02-2017
Bataqlıqdan qurtuluş və ya “Neftçi”yə ilk legioneri kim gətirdi?
Bataqlıqdan qurtuluş və ya “Neftçi”yə ilk legioneri kim gətirdi? (LAYİHƏ)
13-02-2017
“Neftçi”dən xaricə ilk “yolçu”: “Qarşımda taleyüklü sual var idi: hansı ölkənin millisində oynamalıyam?”
“Neftçi”dən xaricə ilk “yolçu”: “Qarşımda taleyüklü sual var idi: hansı ölkənin millisində oynamalıyam?” (LAYİHƏ)
30-01-2017
1600 dollara satılan sərvət və ilk çempionluq
1600 dollara satılan sərvət və ilk çempionluq (LAYİHƏ)
21-01-2017
Azər Cabbarov:
Azər Cabbarov: "Milanın yolunu tutduq, oradan Parisə, sonra isə Hollandiyaya keçdik"
31-12-2016
Kapitan
Kapitan "Neftçi"ni tərk etdi - FOTO
17-09-2016
Elxan Abdullayevin köməkçiləri müəyyənləşdi
Elxan Abdullayevin köməkçiləri müəyyənləşdi
16-09-2016
"Neftçi"də köməkçi məşqçilər məlum oldu
12-09-2016
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
6-08-2016
“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək
“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək
22-07-2016
Arif Əsədov I divizionda
Arif Əsədov I divizionda
  Xəbər lenti
Leyla Əliyeva güləşçilərimizi izlədi - İslamiada 10.08.2022, 16:41
Hacı Əliyev finala yüksəldi - İslamiada 10.08.2022, 16:39
Mundial vaxtından əvvəl başlayacaq - DÇ-2022 10.08.2022, 15:08
Stadnik 33 saniyəyə qələbə qazandı - İslamiada 10.08.2022, 14:20
Mahirin komandası pley-offa 4 qolla yüksəldi - VİDEO 10.08.2022, 13:33
"Qarabağ"ın "Viktoriya" ilə oyunlarının vaxtı məlum oldu 10.08.2022, 12:36
Azərbaycanda "Yay transfer pəncərəsi" açıldı 10.08.2022, 12:30
“Neftçi” Avstriyaya yollandı - Konfrans Liqası 10.08.2022, 11:29
Superkubokunun qalibi müəyyənləşir - UEFA 10.08.2022, 11:06
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Sabah  1 3
2 Qarabağ 1 3
3 Qəbələ 1 3
4 Zirə 1 3
5 Neftçi  1 3
6 Kəpəz 1 0
7 Şamaxı 1 0
8 Səbail 1 0
9 Turan  1 0
10 Sumqayıt  1 0
Ətraflı
15-07-2022
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi -
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi - Nəticələr
10-07-2022
"İnkişaf" dedikləri budur? Azərbaycanda 3 komanda dağılır... FACİƏ
13-07-2022
Gənc futbolçularla tədris-məşq prosessinin təlim metodları və metodoloji xüsusiyyətləri
Gənc futbolçularla tədris-məşq prosessinin təlim metodları və metodoloji xüsusiyyətləri
23-07-2022
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu -
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu - FOTOLAR
26-07-2022
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur -
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur - FOTOLAR
30-07-2022
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
29-07-2022
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? -
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? - DOSYE
17-07-2022
Siyəzəndə
Siyəzəndə "Şollar" qalib gəldi - FOTOLAR
23-07-2022
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı -
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı - Keçid
24-07-2022
"Sürix"lə oyunda Şahruddin penalti zamanı bu uşağı dinləmədi? - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb