Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Abdullayevin köməkçiləri müəyyənləşdi
"Neftçi”nın baş məşqçisi Elxan Abdullayevin üç köməkçisi müəyyənləşib. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-19 komandamızın baş məşqçisi İqor Getman əsas komandada məşqçi vəzifəsini yerinə yetirəcək. Dmitri Kramarenko qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub. Elxan Abdullayevin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək. İqor Getman müstəqillik dönəmində "Neftçi”nin heyətində ən çox oyun keçirmiş futbolçudur. Komandamızla 3 dəfə ölkə çempionatının, 2 dəfə isə kubokunun qalibi olmuş İqor Getman Stavropol "Dinamo”sunun və Mahaçqala "Anji”sinin də formasını geyinib.
Andrey Kolesnikov isə bunadək Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. Təcrübəli mütəxəssis hazırda Azərbaycan milli komandasının fizki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.
Oxşar xəbərlər
Bordinin "Neftçi"də daha bir köməkçisi məlum oldu
"Neftçi" Elxan Abdullayevlə davam edir!
Millimizin sabiq üzvü “Zirə”də baş məşqçi oldu
"Neftçi"də köməkçi məşqçilər məlum oldu
"Anji"də yeni baş məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası