reklam
Azərbaycan yığması 8 sürpriz komanda arasında
Sportfm.az xəbər saytı

Azərbaycan yığması 8 sürpriz komanda arasında


Rusiya mətbuatı DÇ-2018-in seçmə mərhələsində sürpriz edə biləcək komandaların siyahısını dərc edib.

Sportfm.az apasport.az-a istinadən xəbər verir ki, həmin yığmalar arasında Azərbaycan da var.

Qonşu ölkədəki həmkarlarımız gələn il Rusiyada təşkil ediləcək mundialın sürpriz iştirakçılarla zəngin ola biləcəyini istisna etməyiblər. Final mərhələsinə yollanması ehtimal edilən 8 sürpriz komanda Azərbaycan millisi ilə yanaşı, Bolqarıstan, Monteneqro, Səudiyyə Ərəbistanı, Burkina-Faso, Ekvador, Panama və seçmə mərhələdəki rəqibimiz Şimali İrlandiya hesab edilir.
 
Ruslar qrupumuzda əsas rəqibimizin Şimali İrlandiya olduğunu düşünürlər. Hətta bu rəqibdən fərqli, Almaniya ilə ehtiyatda iki oyunumuzun olmasını yığmamız üçün müsbət hal hesab edirlər. Robert Prosineçkinin yetirmələrinin digər üstünlüyü isə Şimali İrlandiyanı Bakıda qəbul edəcəyimiz və evdə daha çox oyun keçirəcəyimizdir.

Oxşar xəbərlər

Seçmə mərhələdə 8-ci tur - Avropa çempionatı
Yığmamız Şimali İrlandiyaya uduzdu
Azərbaycan yığması bu gün Şimali İrlandiyaya qarşı - Avropa çempionatı
Milli komandamız UEFA-nın reytinqində bir pillə gerilədi
Robert Prosineçkinin yubileyləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər