Ukrayna İranla bağlı FİFA-ya müraciət etdi
Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir.
Sportfm.az xəbər verir ki, qurum Asiya təmsilçisinin mundialda iştirakına qadağa qoyulması xahişi ilə FIFA-ya müraciət edib.
UAF iddia edir ki, İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.
Daha əvvəl "Open Stadiums" qadın hüquq müdafiə təşkilatı İran millisinin DÇ-2022-yə buraxılmaması üçün FIFA-ya müraciət ünvanlayıb.
Qeyd edək ki, dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran yığması İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq
Oxşar xəbərlər
Ukrayna Rusiyanın FIFA və UEFA-dan çıxarılmasını tələb etdi
İran ABŞ millisinə 10 oyunluq cəza tələb etdi - Qalmaqal
İran dünya çempionatından kənarlaşdırılacaq - Diplomatdan FİFA-ya təklif
Rusiya İranla oynamaq istəyir - İcazə lazımdı
Keyruş iranlılardan FİFA-ya şikayət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası