Serbiya ilə birlikdə yarış? -AÇIQLAMA
"Bu yarışda olduğumuz üçün çox şadıq".
Sportfm.az xəbər verir ki, bu sözləri Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç "Mingəçevir Reqatası" barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Suqovuşan və Mingəçevirdə keçirilən yarışda iştiraklarının əsas səbəbi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə münasibətlərin yaxşı səviyyədə olmasıdır:"Etiraf edim ki, burada bütün infrasturukturların mütəşəkkil şəkildə təşkil edilməsi heyrətamizdir. İdmançıların öz potensialını yüksək səviyyədə nümayiş etdirməsi üçün bütün şərait yaradılıb".
AKAF ilə müəyyən danışıqlar apardıqlarını söyləyən Kovaçeviç gələcəkdə iki federasiyanın birlikdə böyük miqyaslı yarış həyata keçirə biləciyini istisna etməyib.
Oxşar xəbərlər
Avarçəkənlərin yarışı keçiriləcək - Xəzər dənizində
"Mingəçevir Reqatası" sona çatdı
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri təşkil edildi - Prezident və xanımı açılışda oldu
Daha bir federasiya loqosunu dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası