reklam
Daha bir federasiya loqosunu dəyişdi -
Sportfm.az xəbər saytı

Daha bir federasiya loqosunu dəyişdi -FOTO


Növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation) fəaliyyət göstərir.

Sportfm.az xəbər verir ki, hər iki qurumun tamhüquqlu üzvü olmaqla Azərbaycanda adları qeyd edilən idman növlərini inkişaf etdirən Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq. Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya qaydasının tələbləri əsas götürülüb.

Bundan başqa, federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.

Oxşar xəbərlər

Avarçəkənlərin yarışı keçiriləcək - Xəzər dənizində
"Mingəçevir Reqatası" sona çatdı
Velosiped Federasiyasının loqosu dəyişdirildi - FOTO
Bir neçə federasiya statusu dayandırıldı - Gənclər və İdman Nazirliyinin qərarı
İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri təşkil edildi - Prezident və xanımı açılışda oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər