Futbolçuları yetişdirən klublara təzminatın ödəniləcək -Canni İnfantino
FIFA prezidenti Canni İnfantino transfer bazarındakı dəyişikliklərdən danışıb.
Sportfm.az xəbər verir ki, 52 yaşlı funksioner yeni müddəaların noyabrın 16-da qüvvəyə minəcəyini xatırladıb.
İnfantino ali futbol qurumunun informasiya mərkəzinin qaydaları təsdiqlədiyini bildirib: "Köçürmələrlə bağlı bütün ödənişlər mərkəzdən keçəcək. İlk olaraq futbolçuları yetişdirən klublara təzminatın ödənilməsindən başlayacağıq. Bəzi kiçik klublar həvəskardır və pul istəməyə imkanlara yoxdur. Sistemi avtomatlaşdırmaq qərarına gəldik. Bu, kiçik klubların həyatını dəyişəcək. Gəlirin ədalətli bölüşdürülməsini dəstəkləyən sistemə ehtiyac var idi".
FIFA prezidenti bəzi şəxslərin oyunçuların keçidindən sui-istifadə etdiyini söyləyib: "Hüquq-mühafizə orqanları köçürməni araşdırmağa başlayanda qəribə ödənişlər tapırlar. Bu, artıq olmayacaq, transfer bazarına şəffaflıq gətirəcəyik. Buna nəzarət etmək və pulun lazım olan yerə getməsinə əmin olmaq istəyirik".
Oxşar xəbərlər
İnfantino yeni təklif irəli sürdü
FİFA prezidenti istintaq müddətində vəzifəsini icra edəcək
İnfantinoya qarşı cinayət işi açıldı - Rüşvət ittihamı ilə
İnfantino yenidən FIFA prezidenti seçildi
FİFA və Peşəkar Futbolçular Birliyi anlaşma imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası