reklam
“Qarabağ” 30-a çatdı
Sportfm.az xəbər saytı

“Qarabağ” 30-a çatdı


“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.

Sportfm.az xəbər verir ki, seriya yubiley həddinə Premyer Liqanın 11-ci turunda çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “köhlən atlar” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmadan başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.

Oxşar xəbərlər

“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
Məğlubiyyətsiz seriyalar - "Qarabağ", "Kəpəz", "Turan", "Neftçi", "Şəmkir"
“Qarabağ”da məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatdı
“Qarabağ” 100-ə çatdı - Premyer Liqa
Ardıcıl 10-cu qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər